Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Dərin Düşünmək

manzara

Bir çox insan "dərin düşünmək" üçün başını iki əlinin arasına qoymasının, bir otağa, hətta bir növ təfəkkür hücrəsinə çəkilib, bütün insanlardan və hadisələrdən uzaqlaşmasının lazım olduğunu zənn edər. Hətta "dərin düşünməyi" o qədər gözündə böyüdər ki, bunu özü üçün böyük bir iş hesab edər; bunun ancaq "mütəfəkkirlərə" aid bir xüsusiyyət olduğunu zənn edər. Halbuki Allah insanları düşünməyə çağırır və “bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad surəsi, 29) ayəsiylə Quranı insanların düşünmələri üçün endirdiyini bildirir. Əhəmiyyətli olan insanın düşünmə qabiliyyətini səmimiyyətlə inkişaf etdirməsi, dərin düşünməyə başlamasıdır.

Bu mövzuda səy göstərməyən insanlar isə həyatlarını böyük bir "qəflət" içində keçirərlər. Qəflət sözü; "unutmadığı halda etinasız yanaşmaq, tərk etmək, yanılmaq, əhəmiyyət verməmək, diqqətsizlik etmək" kimi mənalar verir. Düşünməyən insanların yaşadıqları qəflət halı da, yaradılış məqsədlərini və dinin bildirdiyi həqiqətləri unutmağın və ya bunları bilərək görməzlikdən gəlməyin bir nəticəsidir. Ancaq bu bir insan üçün olduqca təhlükəli və sonu cəhənnəmə gedib çıxan bir yoldur. Necə ki, Allah insanları qəflətə qapılmamaq mövzusunda belə xəbərdar etmişdir:

Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. (Əraf surəsi, 205)

Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. (Məryəm surəsi, 39)

Quranda, düşünüb, vicdanı sayəsində həqiqətləri görən və bundan ötrü də Allahdan qorxub çəkinən insanlardan bəhs edilir. Heç düşünmədən, atalarından gördükləri batil inanc və düşüncələri kor-koranə tətbiq edənlərin isə səhvliyə yol verdikləri xəbər verilir. Bu kəslərdən soruşulduğu vaxt Allaha inandıqlarını deyirlər. Ancaq lazım olduğu kimi düşünmədikləri üçün Allahdan qorxub çəkinərək davranışlarını düzəltməzlər. Aşağıdakı ayələrdə düşünməyən bu kəslərin zehniyyəti belə xəbər verilir:

De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!” deyəcəklər. De: “Yenə də öyüd alıb düşünməyəcəksiniz?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!” deyəcəklər. De: “Yenə də qorxub çəkinməyəcəksiniz?” De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!” deyəcəklər. De: “Bəs necə olur ki, sehrlənirsiniz?”. Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar!. (Muminun surəsi, 84-90)

 

Düşünmək Insanlar Üzərindəki Sehri Aradan Qaldırar

Allah ayələrdə insanlara: "Bəs necə olur ki, sehirlənirsiniz?" deyə sual verir. Ayədə keçən sehr sözü, insanları kütləvi halda təsiri altına alan zehni bir keyliyə işarə edir. Düşünməyən insanın ağlı keyləşər, beyni dumanlanar, yəni gözünün qarşısındakı həqiqətləri görməmiş kimi davranar, mühakimə qabiliyyəti zəifləyər. Çox aydın bir şeyi qavramaqdan belə məhrum olar. Çox yaxınlığında baş verən fövqəladə hadisələri belə dərk edə bilməz. Hadisələrin düyün nöqtələrini dərk edə bilməz. İnsanların minlərlə ildir ki, qəflət içində olmaları, bir-birləri üçün qoyub getdikləri bir miras kimi kütləvi halda dərin düşünməkdən uzaq qalmalarının səbəbi də bu keyləşmədir.

Kütlələri təsiri altına alan bu sehrin təsirlərindən birini belə bir misalla açıqlaya bilərik:

Yerin altı, başdan-başa maqma dediyimiz bir "od təbəqəsi" ilə örtülüdür. Yer qabığı olduqca nazikdir; yəni, bu od bizə çox yaxın, demək olar ki, ayağımızın altındadır. Yer qabığının nə qədər nazik olduğunu anlamaq üçün belə bir müqayisə apara bilərik: Yer qabığının yer kürəsiylə müqayisədə sahib olduğu qalınlıq, bir alma qabığının almayla müqayisədə sahib olduğu qalınlıqla qarşılaşdırıla bilər.

Yerin altında çox yüksək temperaturda qaynayan bir təbəqə olduğu hamıya məlumdur, ancaq insanlar bu mövzu haqqında o qədər də düşünməzlər. Çünki bu insanların ata-anaları, qardaşları, qohumları, dostları, qonşuları, oxuduqları qəzetin müəllifləri, televiziya aparıcıları, universitetdəki müəllimləri də bunu düşünməz.

yerkabuğunun altı, magma, lav

Yukarıdaki resimde görüldüğü gibi, yerkabuğunun altı mağma tabakası ile kaplıdır. Ve yeraltı katmanlarının hareketi sonucunda mağma yerkabuğunu delerek volkanik patlamalara sebep olur. 1992 yılında İtalya'da bulunan Etna Yanardağından çıkan lavlar adeta "ateşten bir nehri" andırmaktadır.

Biz sizi bu mövzuda bir az düşündürək. Bir insanın yaddaşını itirdiyini və ətrafındakılardan soruşa-soruşa ətrafı tanımağa çalışdığını fərz edək. Bu insan əvvəlcə harada olduğunu soruşacaq. Ona ayaq basdığı torpağın altında qaynayan odlu bir kürə olduğu, güclü bir zəlzələdə və ya bir vulkan püskürməsində bu alovların yer səthinə çıxa biləcəyi deyilsə nə düşünər? Bir az daha irəli gedək və bu insana dünyanın yalnız kiçik bir planet olduğunun və kosmos deyilən ucu-bucağı bilinməyən qaranlıq bir boşluqda dövr etdiyinin də deyildiyini fərz edək. Yerin alt təbəqəsindəki qaynar maqma təhlükəsinə nisbətən kosmosda daha böyük təhlükələr var. Məsələn, tonlarla ağırlıqdakı meteoritlər orada nizamsız hərəkət edirlər. Bunların dünyaya yönəlməmələri və toqquşmamaları üçün heç bir səbəb yoxdur.

Əlbəttə ki, bu insan içində olduğu təhlükəli vəziyyəti bir an belə ağlından çıxara bilməz. Bu cür həssas tarazlıqdakı bir mühitdə insanların həyatlarını necə davam etdirdiklərini araşdırar və qüsursuz şəkildə işləyən bir sistemin yaradıldığını dərk edər. Yaşadığı planet böyük bir təhlükə ilə doludur, amma bu təhlükənin hər an insanlara zərər verməsinin qarşısı da çox həssas tarazlıqlarla alınmışdır. Məhz bunu dərk edən insan, dünyanın və dünyadakı bütün canlıların Allahın diləməsiylə, Onun yaratdığı qüsursuz bir tarazlıq sayəsində yaşadıqlarını və təhlükəsizlik içində varlıqlarını davam etdirdiklərini anlayar.

Bu nümunə, insanların üzərində düşünmələri lazım olan milyonlarla, bəlkə də, milyardlarla mövzudan sadəcə biridir. Qəflətin insanın düşünüb qavrama qabiliyyətinə necə bir təsir göstərdiyini, insanın zehni potensialını necə məhdudlaşdırdığını anlaya bilmək üçün bir nümunə daha vermək faydalı olacaq:

İnsanlar dünya həyatının böyük bir sürətlə keçib tükəndiyini bilirlər, amma buna baxmayaraq, sanki bu dünyadan heç ayrılmayacaqlarmış kimi bir rəftar göstərirlər. Sanki dünyada ölüm yoxmuş kimi davranarlar. Məhz bu da nəsildən-nəslə köçürülən bir cür "sehrdir". Hətta bunun elə güclü bir təsiri vardır ki, bir adam ölümdən bəhs etsə, insanlar üzərlərindəki sehrin pozulmasından və həqiqətlərlə üz-üzə gəlməkdən olduqca qorxaraq bu mövzunu dərhal dəyişdirtdirərlər. Bütün həyatlarını gözəl bir mənzil, bağ evi və avtomobil almaq, uşaqlarını nüfuzlu məktəblərdə oxutmaq uğrunda sərf etmiş insanlar, bir gün öləcəklərini və yanlarında nə avtomobillərini, nə evlərini, nə də uşaqlarını apara bilməyəcəklərini düşünmək istəməzlər. Çıxış yolu olaraqsa, ölümdən sonrakı əsl həyat üçün bir şey etməyə başlamaq əvəzinə, düşünməməyi seçərlər. Halbuki hər insan tez ya da gec, mütləq öləcək. Və öldükdən sonra, hər insan üçün, (iman edən və ya etməyən) sonsuz bir həyat başlayacaq. Bu sonsuz həyatın cənnətdə və cəhənnəmdə yaşanılacağı isə bu qısa dünya həyatında etdikləri əməllərdən asılıdır. Bu qədər açıq bir həqiqət olduğu halda, insanların sanki ölüm yoxmuş kimi davranmalarının tək səbəbi düşünməmələrindən ötrü özlərini bürüyən bu sehrdir. Ancaq dünya həyatında düşünərək özünü bu sehrdən, digər bir sözlə qəflət halından qurtaran kəslər, öldükdən sonra həqiqətləri gözləri ilə görərək anlayacaqlar. Uca Rəbbimiz Allah bu həqiqəti Quranda belə xəbər verir:

Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”. (Qaf surəsi, 22)

Ayədə də bildirildiyi kimi, düşünmədikləri üçün bulanıqlaşan görmə, öldükdən sonra axirətdə açıqlama verərkən "dəqiqləşəcək".

Bunu da qeyd etmək lazımdır ki, insanlar öz-özlərini "bilə-bilə" belə bir sehrə salırlar. Bu şəkildə rahat bir həyat yaşayacaqlarını güman edərək hərəkət edirlər. Halbuki əsl rahatlıq, dinclik, şadlıq və firavanlıq, ancaq ağlı kütləşdirən bu sehrin aradan qalxmasıyla əldə olunar. Üstəlik insanın bir anda qərar verib bu zehni keylikdən xilas olması, açıq bir şüurla yaşamağa başlaması çox asandır. Allah bunun həllini insanlara təqdim etmişdir; düşünən insanlar dünyada yaşadıqları vaxt bu sehrdən xilas olarlar. Beləcə hadisələrin bir məqsədi və iç üzü olduğunu başa düşə və Allahın hər an yaratdığı hikmətləri görə bilərlər.

 

İnsan Hər An, Hər Yerdə Düşünər

Düşünmənin vaxtı, yeri və şərtləri olmaz. İnsan yolda yeriyərkən, işə gedərkən, avtomobili idarə edərkən, kompyuterdə çalışarkən, bir yoldaş yığıncağında olarkən, televiziya seyr edərkən, yemək yeyərkən düşünə bilər.

ırklar, insan yüzleri

Böyle bir kalabalık, insana Allah'ın sonsuz ve benzersiz yaratma gücünü düşündürür. Çünkü, Allah dünya var olduğu andan beri birbirinden farklı milyarlarca insan yüzü yaratmıştır.

Məsələn, avtomobillə gedərkən çöldə yüzlərlə insan görmək mümkündür. Bu insanlara baxan adam bir çox fərqli şey düşünə bilər. Gördüyü yüzlərlə insanın fiziki görünüşlərinin bir-birindən tamamilə fərqli olduğu ağlına gələ bilər. Bu insanların biri digərinə qətiyyən bənzəmir. İnsanların təməldə göz, qaş, kirpik, əl, qol, qıç, ağız, burun kimi eyni orqanlara sahib olmalarına baxmayaraq, bir-birlərindən bu qədər fərqli olmaları heyrətamiz bir vəziyyətdir. Hətta insan bir az daha düşünməyə davam etsə bunu xatırlayar: Allah minlərlə ildir ki, milyardlarla insanı bir-birindən tamamilə fərqli şəkildə yaratmışdır. Şübhəsiz ki, bu, Allahın açıq-aşkar varlığının və üstün yaratmasının dəlillərindən biridir.

Müəyyən bir mövqeyə çatmağa çalışan bu qədər çox insanı seyr edən adam, daha fərqli düşüncələrə də qapıla bilər. İlk baxışda bu insanların hər biri "tamamilə ayrı" bir şəxsiyyət kimi görünür. Hamısının özlərinə aid bir aləmləri, arzuları, planları, həyat tərzləri, sevindikləri və kədərləndikləri mövzular, zövqləri vardır. Amma bu fərqliliklər aldadıcıdır. Çünki ümumiyyətlə hər insan dünyaya gələr, böyüyər, məktəbə gedər, iş axtarar, işləyər, evlənər, uşaq sahibi olar, uşağını məktəbə göndərər, uşağını evləndirər, yaşlanar, baba və ya nənə olar və ölər. Yəni bu baxımdan baxdıqda insanların həyatları arasında böyük fərqliliklər mövcud deyil. Bir insanın İstanbulun hər hansı bir bölgəsində və ya Meksikanın bir şəhərində yaşamasının dəyişdirdiyi heç bir şey yoxdur. Bu insanların hər biri mütləq bir gün öləcəkdir; hətta 100 il sonra bu insanlardan bəlkə də biri belə həyatda qalmayacaq. Məhz bunları dərk edən adam düşünməyə davam edər və özünə bu sualları verər: "Bir gün hamımız öləcəyimizə görə, niyə hər kəs bu dünyadan heç ayrılmayacaqmış kimi davranır? Öləcəyi qəti olan bir insanın ölümdən sonrakı həyatı üçün çalışması lazım olduğu halda, demək olar ki, bütün insanlar necə olub da, sanki heç dünya həyatları sona çatmayacaqmış kimi davrana bilirlər?"

Məhz bu insan, düşünən və düşündüklərindən əhəmiyyətli bir nəticəyə gələ bilən adamdır. Amma insanların böyük bir hissəsi bu mövzuları düşünməz. Birdən "indi nə düşünürsən?" deyə sual verilsə, olduqca əhəmiyyətsiz və özlərinə bir fayda verməyəcək şeylər düşündükləri aydın olar. Halbuki insan, oyandığı andan yatana qədər keçən zaman ərzində hər an "mənalı", "hikmətli", "əhəmiyyətli" mövzuları "düşünə bilər", düşündüklərindən isə nəticələr çıxara bilər.

Allah Quranda möminlərin hər şərtdə düşündüklərini və bu düşüncələrindən faydalı nəticələr çıxardıqlarını belə bildirir:

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!. (Al-i İmran surəsi, 190-191)

Ayədə də bildirildiyi kimi möminlər düşünən insanlar olduqları üçün, həm yaradılışdakı möcüzələri görə bilir, həm də Allahın gücünü, elmini və ağlını təqdir edə bilirlər.

 

Səmimi Surətdə Və Allaha Yönələrək Düşünmək

Düşünmənin bir adama fayda verməsi, onu doğru nəticəyə gətirə bilməsi üçün insan daim pozitif düşünməlidir. Məsələn, bir insan qarşısında özündən olduqca gözəl birini gördüyündə, bu adamın gözəlliyini düşünüb öz qüsurlarından ötrü bir məzlumluq hiss etsə və ya o adamı qısqansa bu Allahın razı olmayacağı bir düşüncə olar. Ancaq Allahı razı salmaq məqsədini güdən bir insan, bu adamın gözəlliyinin Allahın qüsursuz yaratmasının bir təcəllisi olduğunu düşünər. Bu adama Allahın yaratdığı bir gözəllik olaraq baxdığından ötrü böyük bir zövq alar. Axirətdə Allahın bu adamın gözəlliyini artırması üçün dua edər. Həmçinin özü üçün də Allahdan axirətdə həqiqi və əbədiyyən davam edəcək bir gözəllik istəyər. Dünyada insanın heç vaxt qüsursuz ola bilməyəcəyini, çünki dünyanın imtahanın bir tələbi olaraq əskik yaradıldığını düşünər. Cənnətə olan həsrəti artar. Şübhəsiz ki, bu, səmimi düşüncənin yalnız bir nümunəsidir. İnsan həyatı boyunca bir çox dəfə bu cür hadisələrlə qarşılaşar. Bu hadisələr zamanı Allahın məmnun olacağı bir əxlaq nümayiş etdirib-etdirməyəcəyi sınaqdan keçirilər.

Əlbəttə ki, sınaqdan müvəffəqiyyətlə keçə bilməsi və düşünmənin özünə axirət həyatı üçün bir xeyir gətirməsi, insanın düşündüyü şeylərdən öyüd və ibrət almasından asılıdır. Bunun üçünsə insanın daim düşünməsi şərtdir. Allah bu həqiqəti Quranda belə bildirmişdir:

Sizə Öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz Odur. Səmimi qəlbdən Allaha yönələndən başqası öyüd alıb düşünməz! (Mömin surəsi, 13)

 

Hörmətli Adnan Oktarın 8 aprel 2009-cu il tarixində canlı olaraq yayımlanan, Tempo Tv-də verdiyi müsahibədən bir hissə...

ADNAN OKTAR: İnsan, Allaha qulluq etməsi üçün yaradılmışdır. Qulluq vəzifəsi vardır. Lakin Allah bizləri imtahan edir; amma imtahanda bizim nə etdiyimizə nəzarət etdikdən və təsbit etdikdən sonra, Allahın bizim necə bir adam olduğumuzu anlamağa ehtiyacı yoxdur. Allah onsuz da bunları xeyli əvvəldən bilir. Çünki bütün bunları Allah yaratmışdır. Allah bilir, nə etdiyimizi bilir. Allahın batindəki əsl məqsədi, bizə özümüzü tanıtmaqdır; yəni, biz necə bir insanıq, əxlaqımız necədir, şəxsiyyətimiz necədir?... Əgər Allah nəsib etsə və beləliklə cənnətə getsək, biz özümüz üçün; "Çox yaxşı adamdım, xidmət edərdim, danışardıq, söhbət edərdik, təbliğ edərdim, kasıblara yardım edərdim, insanları çətinliyə düşdükləri vaxtda dəstəkləyərdim" deyərək, bizdə özümüzə qarşı bir sevgi yaranacaq. Yəni, cənnətdə biz bir dəyər qazanmış olacağıq.