Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Düşünməyə Mane Olan Səbəblər Hansilardir?

İnsanların düşünməsinə mane olan bir çox səbəb vardır. Bunlar insanı düşünməkdən, həqiqətləri görməkdən yayındıra bilər. Buna görə də hər insanın özünə mənfi istiqamətdə təsir edən səbəbləri müəyyənləşdirməsi və bunların təsirindən xilas olması vacibdir. Əks təqdirdə dünya həyatının əsl üzünü görə bilməz. Bu isə axirətdə ona çox böyük bir itki gətirər.

Allah Quranda, səthi düşünmə vərdişinə sahib insanların vəziyyətini belə bildirir:

Onlar dünya həyatının (ancaq) görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. Məgər onlar özləri barəsində düşünmürlərmi?. Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir. (Rum surəsi, 7-8)

Bu hissədə düşünməyi əngəlləyən səbəblərdən bəziləri üzərində dayanacağıq.

 

Çoxluğa Tabe Olmağın Gətirdiyi Zehni Keylik

İnsanları ən çox yanıldan mövzulardan biri "çoxluğun" etdiklərinin doğru olduğuna inanmalarıdır. Bir insan doğruları düşünərək tapmaq əvəzinə həmişə ətrafındakı insanların öyrətdiklərini qəbul etməyə yönələr. Çox vaxt özünə ilk öncə qəribə gələn şeyləri digər insanların normal qarşıladıqlarını görər və bir müddət sonra özü də bunları mənimsəməyə başlayar.

Məsələn, ətrafındakı insanların çox böyük bir qismi bir gün öləcəyini düşünməz. Hətta ölümü xatırlamamaq üçün bir adamın belə bu mövzu barəsində danışmasına izin verməzlər. Bunu görən insan da ətrafına baxar; "hər kəs belə olduğuna görə mən də belə hərəkət etsəm bir problem olmaz" deyər və ölümü heç ağlına gətirmədən yaşamağa başlayar. Halbuki ətrafındakı hər insan Allah qorxusuyla hərəkət etsə və axirət həyatı üçün ciddi bir səy göstərsə, böyük ehtimal ki, bu adam da öz rəftarını dəyişdirəcək.

Bundan əlavə hər gün televiziyalarda, jurnallarda yüzlərlə fəlakət, haqsızlıq, ədalətsizlik, zülm, intihar, cinayət, oğurluq, fırıldaqçılıq hallarına aid xəbərlər oxunur, köməyə möhtac olan minlərlə insandan bəhs edilir. Ancaq bir çox insan bu xəbərləri oxuyub qəzetin səhifələrini könül rahatlığı ilə çevirir. Ümumiyyətlə insanlar bu tərz xəbərlərin niyə bu qədər çox olduğu, bunların qarşısını almaq üçün nələr edilməsi, nə kimi tədbirlər görülməsinin lazım olduğu, hətta özlərinin bu mövzuda nələr edə biləcəklərini düşünməzlər. Çünki ətraflarındakı digər insanların böyük bir hissəsi də bunları düşünməz. Çox insan "dünyanı qurtarmaq mənəmi qaldı?" məntiqi çərçivəsində məsuliyyəti başqalarının boynuna atar.

 

Düşünmə tənbəlliyi

Tənbəllik insanların böyük bir hissəsinin düşünməsinə mane olan bir səbəbdir.

Düşünmə tənbəlliyindən ötrü insanlar hər şeyi həmişə gördükləri və alışdıqları şəkildə edərlər. Gündəlik həyatdan bir nümunə vermək lazımdırsa, buna evdar qadınların təmizlik işlərini daim analarından gördükləri şəkildə görmələrini göstərə bilərik. Ümumiyyətlə "nə etsəm daha əlverişli və ya daha təmiz olar" deyə düşünməz və yeni yollar axtarmazlar. Eynilə kişilər də bir şeyi təmir etmək və ya hər hansı bir şey etmək lazım gəldikdə, uşaqlıqlarından etibarən özlərinə öyrədilən üsulları istifadə edərlər. Yeni bir üsulu, daha əlverişli və ağıllı ola biləcək bir şeyi tətbiq etməyə çalışmazlar. Bu insanların danışıq üslubu da həmişə eynidir. Məsələn, bir mühasibin danışıq üslubu, ömrü boyu gördüyü mühasiblərin eynisidir. Həkimlərin, bank işçilərinin, satıcıların da həmçinin... Bir sözlə, hər təbəqədən olan insanın özünə məxsus bir danışıq üslubu vardır. Çünki bu insanlar düşünərək ən uyğun, ən gözəl, ən xeyirli olanı axtarıb tapmazlar. Həmişə gördüklərini təqlid edərlər.

Problemlərə gətirilən həllər də düşünmə tənbəlliyini əks etdirəcək şəkildədir. Məsələn, bir bina administratoru binanın tullantı probleminə əvvəlki administratorların gətirdikləri həllin eynisini gətirər və ya bir bələdiyyə başçısı yol problemini daha əvvəlki bələdiyyə başçılarının nə etdiklərinə baxaraq həll etməyə çalışar. Düşünmədikləri üçün bir çox problemə yeni həllər gətirə bilməz.

Əlbəttə ki, burada verilən nümunələr insanların gündəlik həyatlarında zərərini gördükləri mövzulardır. Ancaq bunlardan daha çox əhəmiyyətli mövzular vardır ki, insanların tənbəllik edərək bu mövzular barəsində düşünməmələri onları böyük və əbədi bir ziyana uğradar. İnsanın dünyada yaranma məqsədini düşünməməsi, ölümün qaçılmaz bir həqiqət olduğunu, ölümdən sonra isə mütləq haqq-hesab günüylə qarşılaşacağını görməzlikdən gəlməsi bu ziyanının qaynağıdır. Allah Quranda insanları bu mühüm həqiqətlər üzərində düşünməyə dəvət etmişdir. Bu ayələrdən bəzilərində belə buyurulur:

Məhz bunlar özlərini ziyana uğradanlardır və yalandan uydurduqları (uydurma məbudlar) da özlərindən uzaqlaşıb qeyb olmuşdur. Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır. Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və 'Rəbbinə ürəkləri razı qalmış olaraq bağlananlar', Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Bu iki zümrənin halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi? Məgər öyüd alıb düşünməyəcəksiniz? (Hud Surəsi, 21-24)

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? (Nəhl surəsi, 17)

 

"Çox Düşünmək Yaxşı Deyil" Şəklindəki Səhv Təlqin

Cəmiyyətdə dərin düşünmənin elə də yaxşı bir şey olmadığına dair geniş yayılmış səhv bir inanc vardır. Hətta insanlardan bəziləri bir-birlərini "çox düşünmə havalanarsan" deyərək xəbərdar edərlər. Əlbəttə ki, bu dindən uzaq yaşayan insanların uydurduqları batil bir düşüncədən başqa bir şey deyil. İnsanın düşünməkdən çəkinməməlidir, mənfi düşünmək, xülyalara və vəsvəsələrə qapılmaqdır.

Allah və axirət inancı güclü olmayan, Quranı yaxşı bilməyən insanlar yaxşılıq və gözəllik istiqamətində deyil, mənfi istiqamətdə düşündükləri üçün, düşünmələri nəticəsində həqiqi mənada elə də faydalı nəticələr əldə olunmaz. Məsələn, dünya həyatının müvəqqəti olduğunu, bir gün öləcəklərini düşünərlər, ancaq bundan ötrü güclü pessimizmə qapılarlar. Çünki, vicdanları onlara dünyada Allahın əmrlərinə tabe olmadan keçirdikləri bir həyatın, axirətdə pis bir aqibət hazırladığını xəbər verir. Bir qismi də öldükləri vaxt yox olacaqları kimi batil bir düşüncəyə inandığı üçün pessimizmə qapılar.

Halbuki Allaha və axirət gününə inanan, ağıl sahibi bir insan dünya həyatının müvəqqəti olduğunu düşündüyündə tam fərqli çox gözəl nəticələr əldə edər. Hər şeydən əvvəl dünyanın müvəqqəti olduğunu anlaması, axirətdəki əsl və əbədi həyatı üçün böyük bir şövqlə səy göstərməyə başlamasına səbəb olar. Buradakı həyatın sonunda bitəcəyini bildiyi üçün dünyəvi mənfəətlərin və hesabların ehtirasına özünü salmaz. Olduqca təvəkküllü olar. Bu müvəqqəti həyatda baş verən heç bir hadisə onu kədərləndirməz. Daim sonsuz və gözəl bir həyata qovuşmağın ümidini daşıyar. Dünyadakı nemətlərdən və gözəlliklərdən də xeyli zövq alar. Çünki, Allah dünyanı insanları sınamaq üçün əskik və qüsurlu yaratmışdır. Bu əskik və qüsurlu dünyada belə insanın xoşuna gələn çox sayda gözəllik varsa, cənnətdəki gözəlliklər təsəvvür edilə bilinməyəcək qədər möhtəşəmdir deyə düşünər. Hər gördüyü gözəlliyin axirətdə əslini görməyini ümid edər və bunların hamısını da çox dərindən düşünərək qavrayar.

Bu səbəbdən də bir insanın "sonunda həqiqətləri görərək ya bədbinliyə qapılsam" deyə narahatlıq keçirməsi və buna görə də düşünməkdən qaçması onun üçün böyük bir zərər olar. Çünki, Allaha olan imanı sayəsində daim ümid içərisində olan və müsbət düşünən bir insan üçün bədbinliyə səbəb ola biləcək heç bir hadisə yoxdur.

 

Düşünmənin Gətirəcəyi Məsuliyyətlərdən Qaçmaq

Çox adam düşünməkdən, mövzular üzərində zehnini işlətməkdən uzaq duraraq bir çox məsuliyyətdən qaça biləcəyini düşünər. Hətta dünyada bu üsulu tətbiq edərək bir çox mövzuda məsuliyyət sahibi olmamağı bacara bilər. Ancaq insanların ən böyük səhvlərindən biri, düşünməyərək Rəbbimizə qarşı olan məsuliyyətlərindən qaça biləcəklərini zənn etmələridir. İnsanların ölümü və ölümdən sonrakı həyatı düşünməmələrinin əsl səbəbi də budur. Çünki, bir insan bir gün öləcəyini düşünsə və ölümdən sonra əbədi bir həyat olduğunu xatırlasa, var gücüylə ölümdən sonrakı həyatı üçün səy göstərər. Ancaq axirətin varlığını düşünmədiyi təqdirdə belə bir məsuliyyətdən xilas olacağını zənn edərək özünü aldadar. Amma bu böyük bir aldanışdır və insan bu dünyada düşünərək doğruya çatmazsa, ölümlə birlikdə özü üçün heç bir qaçış yeri olmadığını dərk edəcəkdir. Bu həqiqət ayələrdə belə xəbər verilir:

Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir. Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür. (Qaf surəsi, 19-20)

 

Gündəlik Həyatın Gedişinə Qapılaraq Düşünməmələri

günlük hayat

İnsanları derin düşünmekten alıkoyan en önemli etkenlerden biri günlük yaşantılarında yapmaları gereken işlerinin yoğunluğudur.

İnsanların böyük bir hissəsi bütün ömrünü "qaçaqaç" içində keçirər. Müəyyən yaşa gəldikləri andan etibarən işləməli, özlərini və ailələrini dolandırmalıdırlar. Bunu "həyat mübarizəsi" deyirlər və bu mübarizədə ora bura qaçmaqdan ötrü başqa işlərə vaxt qalmadığından şikayətlənərlər. Guya "vaxtsızlıq" içində düşünmək, bir cür vaxt ayıra bilmədikləri mövzulardandır. Beləcə gündəlik həyatlarının onları çəkib apardığı yerə doğru gedərlər. İnsanların böyük bir hissəsi bu həyat tərzi içərisində ətraflarında olub bitən hadisələrə qarşı laqeyd münasibət göstərməyə başlayar.

Halbuki insanın məqsədi bu dünyada oradan bura, buradan ora qaçıb, vaxtını tükətmək olmamalıdır. Əsas məsələ dünyanın həqiqi üzünü görə bilmək və buna uyğun bir həyat tərzini mənimsəməkdir. Heç bir insanın tək məqsədi, pul qazanmaq, işə getmək, universitetdə oxumaq, ev sahibi olmaq deyil. Əlbəttə ki, insan həyatı boyu bunları etməlidir, ancaq bütün bunları edərkən ağlından çıxarmaması lazım olan bir mövzu vardır: Hər insanın dünyada olma məqsədi Allaha qul olmaq, Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün çalışmaqdır. Bu məqsəd xaricindəki bütün fəaliyyətlər və ya işlər yalnız və yalnız insanın həqiqi məqsədinə çatmasına köməkçi bir "vasitə" ola bilər. Vasitəni məqsəd etmək isə şeytanın insanları içinə saldığı çox böyük bir yanılmadır.

Ancaq düşünmədən yaşayan bir insan bu vasitələri asanlıqla özünə məqsəd qəbul edə bilər. Bu mövzuda gündəlik həyatdan belə bir nümunə verə bilərik: İnsanın çalışıb cəmiyyətə faydalı şeylər hazırlaması, şübhəsiz ki, gözəl bir hərəkətdir. Allaha iman edən bir insan belə bir işi şövqlə icra edər və qarşılığını da həm dünyada, həm də axirətdə Allahdan gözləyər. Amma başqa bir insan eyni hərəkəti Allahı unudaraq, yalnız bu dünyaya istiqamətli bəzi mənfəətlər üçün, insanların təqdirini qazanacağı bir mövqe əldə etmək üçün edirsə, məhz bu məqamda yanılmışdır və axirətdə həqiqətlərlə qarşılaşdığında bundan ötrü tərif edilə bilməz bir peşmançılıq keçirəcəkdir. Allah dünya həyatına aldananlar barəsində bir ayəsində belə buyurur:

Onlar da sizdən əvvəl yaşamış (münafiqlər və kafirlər) kimidirlər. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır. (Tövbə surəsi, 69)

 

Hər Şeyə "Vərdiş Gözü"Ylə Baxmaq Və Bu Səbəbdən Də Düşünməyə Ehtiyac Duymamaq

İnsanlar bəzi şeylərlə ilk dəfə qarşılaşdıqlarında, onlardakı fövqəladəliyi dərk edə bilərlər və bu onların düşünmələrinə, gördükləri şeyi təhlil edib araşdırmalarına səbəb ola bilər. Ancaq bir müddət sonra bu şeyə qarşı bir vərdiş meydana gələr və artıq bundan təsirlənməməyə başlayarlar. Xüsusilə də hər gün qarşılaşdıqları bir varlıq və ya hadisə, artıq onlar üçün "adi" bir şey halına gələr.

Məsələn, həkimliyə namizəd olan bəzi kəslər ilk dəfə ölü bir insanın bədənini gördükləri vaxt bundan son dərəcə təsirlənərlər və ya ilk dəfə bir xəstələri öldüyündə bu onları uzun müddət düşündürər. Bəlkə bir neçə dəqiqə əvvəl həyat dolu, gülən, planları olan, danışan, zövq alan bir insanın, gözləri parlaq, canlı olduğu halda birdən-birə cansız, sanki bir əşyaya bənzəyən bədəni qarşılarına çıxar. İlk dəfə yarmaları üçün önlərinə bir cəsəd gəldikdə bu cəsəddə gördükləri hər şeyi düşünərlər. Məsələn, bu bədənin böyük bir sürətlə çürüməsi, içindən dözülməz bir qoxunun çıxması, yaşayarkən gözə xoş gələn saçların toxunmağa belə tab gətirilməyəcək bir hala gəlməsi həmişə üzərində düşündükləri mövzulardır. Bunlardan sonra da bunu düşünərlər: Hər insanın bədən quruluşu tamamilə eynidir və hər kəsin bədəni mütləq eyni aqibətə məruz qalacaq, yəni özləri də bir gün bu hala düşəcəklər.

Ancaq bir neçə cəsəd gördükdən və ya bir neçə xəstəsi öz həyatını itirdikdən sonra bu kəslərdə vərdiş yaranmağa başlaya bilər. Artıq gördükləri cəsədlərə, hətta xəstələrə belə bir əşyaymış kimi davranmağa başlayarlar.

Əlbəttə ki, bu vəziyyət yalnız həkimlərə aid deyil. İnsanların böyük bir hissəsi üçün həyatlarının bir çox mərhələsində eyni vəziyyət hakimdir. Məsələn, çətin şərtlərdə yaşayan bir insana, birdən-birə rahat bir həyat tərzi təqdim edildikdə, gördüyü və sahib olduğu hər şeyin özü üçün bir nemət olduğunu anlayar. Yatdığı yatağın daha rahat olması, evindən baxıldıqda gözəl bir mənzərənin görünməsi, ürəyinin istədiyi şeyi alıb yeyə bilməsi, qışda evini istədiyi kimi isidə bilməsi, bir yerdən başqa bir yerə avtomobili ilə rahatlıqla gedə bilməsi və daha bir çox şey bu adam üçün bir nemətdir. Əvvəlki vəziyyəti ağlına gəldikcə, bunların hər birinin sevincini yaşayar. Ancaq doğulduğu andan etibarən bu imkanlara sahib bir insan bunların dəyərini o qədər də düşünməyə bilər. Bu gözəllikləri təqdir etməsi (düşünmədiyi müddətcə) elə də mümkün olmaz.

Düşünən bir insanın isə nə doğulduğu andan etibarən bu nemətlərə sahib olması, nə də bunları sonradan əldə etməsi bir şey dəyişdirməz. Çünki, heç bir zaman sahib olduğu şeylərə vərdiş gözüylə baxmaz. Hər birini özü üçün Allahın yaratdığını, istəsə bunları özündən geri ala biləcəyini bilir. Məsələn, möminlər özlərini daşıyacaq minik vasitələrinə mindiklərində belə dua edərlər:

...“Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı... (Zuxruf surəsi, 13)

Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq”. (Zuxruf surəsi, 14)

Başqa bir ayədə də möminlərin, bağçalarına girdiklərində Allahı təsbeh edərək "...maşallah! Qüvvət yalnız Allaha məxsusdur!..." (Kəhf surəsi, 39) dedikləri bildirilir. Bu, onların hər dəfə öz bağçalarına girdiklərində bu bağçanı yaradanın və onu ayaqda saxlayanın Allah olduğunu düşündüklərinin bir göstəricisidir. Düşünməyən bir insan isə, ilk dəfə gözəl bir bağça gördüyündə buna valeh ola bilər, ancaq daha sonra bura onun üçün getdikcə adi bir yer halına gəlməyə başlayar. İçindəki gözəlliklərə olan heyranlığı yox olar. Bəzi insanlar isə heç düşünmədikləri üçün, hətta ən başından bu nemətlərin əhəmiyyətini anlaya bilməzlər. Özlərinə verilən nemətləri "alışılmış", "olması lazım olan" şeylər kimi qiymətləndirməklə yanılarlar. Buna görə də bunların gözəlliklərindən zövq ala bilməzlər.

 

Nəticə: İnsanın Düşünməsinə Mane Olan Bütün Səbəblərin Aradan Qaldırması Vacibdir

Daha əvvəl ifadə etdiyimiz kimi, insanların böyük bir hissəsinin düşünməməsi və həqiqətlərdən xəbərsiz şəkildə yaşaması insanın düşünməməsi üçün əsaslı bir bəhanə ola bilməz. Çünki, hər insan öz-özlüyündə müstəqil bir varlıqdır və Allaha qarşı tək başına məsuldur. Unutmamaq lazımdır ki, Allah insanları dünya həyatında sınayır. Digər şəxslərin laqeyd, düşünməyən, ağılsız, həqiqətləri görə bilməyən insanlar olması da çox vaxt bu imtahanın bir hissəsidir və səmimi surətdə düşünən bir insan, "insanların böyük bir hissəsi düşünmür və bunlardan xəbərsizdir, niyə təkcə mən düşünüm" deməz. Hətta insanların böyük bir hissəsinin içində olduğu qəfləti düşünərək ibrət götürər və onlardan biri olmaqdan Allaha sığınar. Digər insanların içində olduqları vəziyyətin özü üçün bir bəhanə ola bilməyəcəyi aydındır. Çünki, Allah Quranda bir çox ayəsiylə insanların çoxunun qəflət içində olduqlarını və iman etmədiklərini bildirir. Bu ayələrdən bəzilərində belə buyurulur:

Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir.(Yusif surəsi, 103)

Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu buna inanmır. (Rad surəsi, 1)

Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu bunu bilmirlər. (Nəhl surəsi, 38)

Andolsun Biz bunu öyüd alıb düşünsünlər deyə onlara müxtəlif cür izah etdik. Lakin insanların çoxu nankorluq edib inadkarlıq etdilər. (Furqan surəsi, 50)

Allah başqa ayələrində insanların əksəriyyətinə tabe olaraq yoldan azan, yaradılış məqsədini düşünməyərək Allahın əmrlərini yerinə yetirməyən insanların yaşadıqları aqibəti də xəbər vermişdir:

Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz”. (Fatir surəsi, 37)

Bu səbəblə də hər insanın düşünməsinə mane olan səbəbləri aradan qaldıraraq, səmimi və könüllü surətdə Allahın yaratdığı hər hadisə və hər varlıq üzərində düşünməsi, düşündüklərindən özü üçün bir öyüd və ibrət alması lazımdır.

Bundan sonrakı hissədə bir insanın gündəlik həyatı içində qarşılaşa biləcəyi bəzi hadisələr və varlıqlar haqqında nələri düşünə biləcəyindən bəhs ediləcək. Məqsədimiz burada bəhs edilən mövzuların bu kitabı oxuyanlara rəhbər olması və bundan sonrakı həyatlarını "düşünən və düşündüklərindən öyüd və ibrət alan" kəslər olaraq keçirmələridir.