Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

İnsanlar Əsasən Nələr Düşünər?

Əvvəlki hissələrdə insanların lazım olduğu kimi düşünmədiklərindən, düşünmə qabiliyyətlərini formalaşdırmadıqlarından bəhs etdik. Ancaq burada səhv başa düşülməməsi lazım olan bir nöqtə vardır. Əlbəttə ki, hər insan həyatının hər anında ağlından bir şey keçirər. İnsan zehninin bomboş olduğu vaxtlar (yuxu halından başqa) o qədər də çox deyil. Ancaq bu düşüncələrin böyük bir qismi axirəti üçün fayda verməyəcək, "boş və lazımsız", insanı heç bir nəticəyə aparmayan, insana heç bir şey qazandırmayan, faydasız düşüncələrdir.

şelale

İnsan gün ərzində nələr düşündüyünü xatırlamağa çalışsa və bunları bir yerə qeyd etsə, günün sonunda da bunları nəzərdən keçirsə, bir çoxunun nə qədər faydasız olduğunu anlayacaq. Və ya bunların bir qismini faydalı belə görsə, səhv düşünə bilər. Çünki ümumiyyətlə insanlara doğru gələn şeylər həqiqətdə, axirətdə onlara heç bir fayda verməyəcək düşüncələr ola bilər.

İnsanlar gündəlik həyatları ərzində necə boş işlərlə məşğul olub boş vaxt keçirə bilirlərsə, eyni şəkildə boş düşüncələrə qapılaraq da boş yerə vaxt keçirə bilərlər. Allah Quranda; "Onlar, 'bütün boş' şeylərdən üz çevirənlərdir" (Muminun surəsi, 3) ayəsiylə möminləri tərifləyir və bu gözəl rəftarı nümunə olaraq göstərir. Allahın bu əmri, şübhəsiz ki, insanın düşüncələri üçün də məqbuldur. Əgər insan düşüncələrinə şüurlu surətdə hakim olmazsa, o, insanın zehnindən davamlı axıb gedər. İnsan şüursuz surətdə bir düşüncədən başqa bir düşüncəyə keçər. Axşam evə gedərkən edəcəyi alış-verişi düşünərkən, bir anda iki il əvvəl bir yoldaşının özünə dediyi sözü düşündüyünü dərk edər. Bu qeyri-ixtiyari və faydasız düşüncələr gün ərzində fasiləsiz davam edə bilər.

Halbuki düşüncələrinə hakim olmaq insanın öz əlindədir. Hər insan şüurlu bir istiqamətləndirmə ilə, özünü, imanını, ağlını, rəftarını, ətrafını inkişaf etdirən şeylər düşünmə qabiliyyətinə malikdir.

Bu hissədə qəflət içində olan insanların ümumiyyətlə nə kimi şeylər düşünməyə yönəldiklərindən bəhs edəcəyik. Bu mövzuların təfərrüatlı şəkildə izah edilmə səbəbi, bu kitabı oxuyan insanların, məsələn, sabahısı gün işə və ya məktəbə getdikdə və ya hər hansı bir iş görərkən, zehinlərindən burada sayılanlara bənzər bir şey keçdiyində, dərhal boş bir şey düşündüklərini dərk etmələri və düşüncələrinə hakim olaraq özlərinə həqiqi mənada fayda verəcək şeylər düşünmələrini təmin etməkdir.

 

Boş Xülyalar

İnsan düşüncələrinə xeyir gətirəcək istiqamətdə nəzarət etmədiyi vaxt tez-tez vəsvəsəyə düşə bilər və ya olmamış hadisələri zehnində sanki olmuş kimi xəyal edib bunlar üçün kədərlənə bilər, çətinliyə, narahatlığa və ya qorxu hissinə qapıla bilər.

Məsələn, uşağı universitet imtahanlarına hazırlaşan bir insan, hələ imtahan baş tutmadan, uşağının imtahanı keçə bilmədiyi təqdirdə nələr ola biləcəyini xəyal edər: "Oğlu gələcəkdə yaxşı bir iş tapa bilməzsə, kifayət qədər pul qazana bilməzsə, onda evlənə bilməz. Evlənsə belə toy xərclərini necə ödəyə bilər? İmtahanı keçə bilməzsə atasının hazırlıq kurslarına verdiyi pullar hədər olacaq, üstəlik insanlar içində də biabır olacaqlar. Bəs ən yaxşı yoldaşının uşağı imtahandan keçsə, öz uşağı keçə bilməsə..."

Narahatçılıq yaradan bu boş xəyallar beləliklə uzanıb gedər. Halbuki, uşağı daha imtahana belə girməmişdir. Din əxlaqından uzaq olan hər insan həyatı boyunca bu cür boş xülyalara qapılmaqdan uzaqlaşa bilməz. Əlbəttə, bunun bir səbəbi vardır. Quranda insanların boş xülyalardan xilas ola bilməmələrinin səbəbinin şeytanın təlqinlərinə qulaq asmaq olduğu belə xəbər verilmişdir:

Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam... (Nisa surəsi, 119)

Yuxarıdakı ayədə göründüyü kimi boş xülyalara qapılan, Allahı unudan və düşünməyən bir insan əslində daim şeytanın təlqinlərinə açıqdır. Digər bir ifadə ilə bir insan dünya həyatına aldanaraq iradə işlətməzsə, vicdanlı davranmazsa və özünü hadisələrin gedişatına buraxarsa tamamilə şeytanın nəzarəti altına düşər. Şeytanın ən diqqətə çarpan xüsusiyyətlərindən biri də insanlara vəsvəsə və boş düşüncələr verməsidir. Məhz zehinlərdə uydurulan bu xülyalar, pessimizm və "bəs belə olsa mən nə edərəm?" narahatlıqları şeytanın təlqinləri ilə meydana gələr.

Amma Allah bu vəziyyətdən özlərini qurtara bilmək üçün insanlara yol göstərmişdir. Quranda şeytandan bir vəsvəsə gəldiyində insanlara Allaha sığınmaları və düşünmələri bildirilir:

(Allahdan) Qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (əvvəlcə) yaxşı şəkildə düşünərlər (Allahı yada salarlar) və sonra dərhal gerçəyi görərlər. (Şeytanın) qardaşları isə onları azğınlığa apararlar, sonra da onlardan əl çəkməzlər. (Əraf surəsi, 201-202)

Ayələrdə də xəbər verildiyi kimi düşünən insan haqqı görər, düşünməyən insan isə şeytan onu hara apararsa o da oraya gedər.

Əhəmiyyətli olan bu tərz düşüncələrin insana heç bir fayda vermədiyini, əksinə həqiqətləri, əhəmiyyətli hadisələri düşünmələrinə mane olduğunu bilmək və zehini bunlardan təmizləməkdir. İnsan ancaq boş düşüncələrdən təmizlənmiş bir zehinlə gərəyi kimi düşünə bilər. Bu şəkildə Allahın Quranda əmr etdiyi kimi, "boş şeylərdən üz çevirmiş" olar.

çiçekler

De ki: "O, gökleri ve yeri yaratırken ve O, (hep) besleyen (hiç) beslenmezken, ben Allah'tan başkasını mı veli edineceğim?" De ki: "Bana gerçekten Müslüman olanların ilki olmam emredildi ve: Sakın müşriklerden olma."(denildi.) De ki: "Şüphesiz ben, Rabbime isyan edersem o büyük günün azabından korkarım." (Enam Suresi, 14-15)